Azərbaycan Turizm və Menecment Universitetində "Gəncləri zərərli vərdişlərdən çəkindirmək və onlarda vətənpərvərlik, dövlət rəmzlərinə hörmət hissinin gücləndirilmək” adlı maarifləndirmə tədbiri olub.
"Unikal" xəbər verir ki, adıkeçən tədbirdə Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri,layihə rəhbəri Muğan Əliyev gənclər arasında narkomaniya və pis vərdişlərin fasadları, narkomaniya və tütünə qarşı mübarizədə maarifləndirmə işinin təşkili, dövlət rəmzlərinə hörmət, saglam həyat tərzinin təbliği, informasiya qıtlığının aradan qaldırılması ,vətənpərvərlik ruhunun təşviqi və s. məsələlərə aydınlıq gətirib.Layihəyə uyğun təlimlərin keçirildiyini bildirib.
Universitetin Karyera və kommunikasiya şöbəsinin mütəxəssisi Lalə Qafarova gündəlikdəki məsələnin aktuallığını diqqətə çatdırıb. İİ Qarabağ müharibəsi şəhidlərinin timsalında vətəni daim sevməyə, sahib çıxıb qorumağa səsləyib.Fikir mübadiləsi formatında təşkil olunan təlimdə tələbələri maraqlndıran suallar təlimçilər tərəfindən cavablandırılıb. "Gəncləri zərərli vərdişlərdən çəkindirmək və onlarda vətənpərvərlik, dövlət rəmzlərinə hörmət hissinin gücləndirilmək” adlı təlimin fəal iştirakçıları- Universitet tələbələri sertifikatlar, maarifləndirici bukletlər və informasiya materialları ilə mükafatlandırılıb.
ATMU-nun Tələbə Gənclər təşkilatının sədri Samir Abdullayev iştirakçılar adından layihə rəhbərinə təlimin təşkilinə görə təşəkkür edib.