Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlaka yararsız dəniz məhsulları və alkoqolsuz içkiləri məhv edib.
Bu barədə "Unikal"a AQTA-dan məlumat verilib.
“Fenix Trade” MMC-nin Agentliyə müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş ümumi çəkisi 200 kq dəniz məhsulları və alkoqolsuz içkilər “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir.