Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) İsrailin ölkəmizdəki səfirliyinin məsul şəxsləri ilə görüş keçirilib.
"Unikal"ın məlumatına görə, diplomatik korpusun missiya müavini Doron Pe`erə bildirilib ki, 2008-ci ildən bugünədək ATMU-nun xeyli sayda tələbəsi İsrailin turizm sənayesinin nüfuzlu müəssisələrində peşəkar vərdişlərə yiyələniblər.Hazırda universitet məzunlarından onlarla turizmçi təkcə ölkəmizin deyil, dünyanın bir sıra məşhur otellərində rəhbər vəzifələrdə çalışırlar. Söhbət əsnasında Universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa, Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov, Karyera və kommunikasiya şöbəsinin rəhbəri Səidə Məmmədova İsraildə cari tədris ilində də universitet tələbələrindən ötrü istehsalat təcrübəsinin təşkilində maraqlı olduqlarını xüsusi vurğulayıblar.
Görüş çərçivəsində ATMU və İsrailin turizm təhsili verən ali təhsil müəssisələri arasında səmərəli əməkdaşlıq imkanlarının hədəfləri nəzərdən keçirilib.