Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda ənənəvi Çin payızına həsr edilən “Çunyan” - “Əkiz doqquzlar” bayramı" adlı tədbir keçirilib.
"Unikal" xəbər verir ki, Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov bayramın fəlsəfi məzmunu haqqında danışaraq, Xan sülaləsinin imperatoru Lyu Banın uzunömürlülük əldə etmək üçün ay təqviminin doqquzuncu ayının doqquzuncu günündə əyninə zoğal ağacının budaqlarını geyinib və xrizantem şərabı içmək adətini gündəmə gətirməsi ilə bağlı bayramın yaranması əfsanəsini haqqında ətraflı məlumat verib.
Tədbirdə çıxış edən Şanxay Universitetinin magistri Kəmalə Məmmədova bayramın ənənələri, əcdadlarının xatirəsi ehtiramla yad edilməsi, fəlakətlərdən xilas olmaq və xoşbəxt ömür sürmək üçün dua edərək dağa qalxma mərasimi, düyü unundan hazırlanaraq ərik çəyirdəkləri, xurma, qoz-fındıq və kişmişlə bəzədilmiş bayram şirniyyatları, bayramın rəmzi olan beşqatlı tort – ““Çunyan gao” haqqında danışıb. Sonda ADU-nun tələbələri müasir Çin Xalq Respublikasının qurucusu Mao Tszedunun və qədim Çin şairləri Tao Yuanminin və Van Veyin “Çunyan” və bayramın rəmzi xrizantemlərinə həsr olunmuş şeirlər səsləndiriblər.