Tovuzda yanğın hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Azad Ahalova məxsus tövlədə anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-nin 2 yanğınsöndürən avtomobili və 10 dan artıq canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.

İlkin məlumata görə yanğını evdə olan azyaşlılar törədib. Yanğın zamanı xəsarət alan olmayıb.

Tural Əhmədov