Azərbaycanda məktəbdə intihar hadisəsi olub.
"Unikal" lent.az-a istinadən xəbər verir ki, hadisə Naxçıvan Muxtar Respublikasının Babək rayonu Kültəpə kənd orta məktəbində baş verib.
Orada təhsil alan, 10-cu sinif şagirdi Nəcəfov Xəyal Sərxan oğlu sinif otağında özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı Babək rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.