Hər il oktyabr ayı dünyanın bir çox ölkələrində “Kibertəhlükəsizlik üzrə maarifləndirmə ayı” kimi qeyd olunur. Bu çərçivədə cəmiyyətdə kibertəhlükəsizlik sahəsində məlumatlılığın artırılması, vətəndaşlar və şirkətlər arasında kibergigiyena qaydalarının təşviq edilməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirilir.
"Unikal" xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti də “Kiber təhlükənin fərqindəyəm” şüarı ilə silsilə maarifləndirmə tədbirlərinin təşkilini nəzərdə tutur.
Həmçinin Elektron Təhlükəsizlik Xidməti “Kibertəhlükəsizlik üzrə maarifləndirmə ayı” ərzində bütün internet istifadəçilərini sosial şəbəkələrdə #KiberSmartOl, #BeCyberSmart, #CyberSmartAZE, #CyberSecMonth2022 həştəqlərindən istifadə edərək kampaniyaya qoşulmağa çağırır.