Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Ağdam şəhərində Dəmir yolu və Avtovağzal Kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.

"Unikal" xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma kompleks barədə məlumat verildi.

Bildirildi ki, iki mərtəbə və terrasdan ibarət olmaqla layihələndirilən kompleksə dəmir yolu vağzalı və avtovağzal daxildir. Kompleks vahid nəqliyyat qovşağı şəklində milli arxitektura üslubunda dizayn edilib. Eyni zamanda, kompleksin tikintisində milli ornamentlər əsas götürülməklə, şüşə elementlərdən geniş istifadə olunacaq. Kompleks Ağdam rayonunun logistik imkanlarını genişləndirəcək. Dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verəcək. Avtovağzal isə gündəlik 1300-1500 nəfər sərnişinə xidmət edəcək.

Qeyd olundu ki, kompleksdə gözləmə zalları, bilet kassaları, tibb və polis məntəqələri, ana və uşaq otağı, əl yüklərini saxlama kamerası, texniki otaqlar, mağazalar, uşaqlar üçün əyləncə zonası, restoran və istirahət guşələri yaradılacaq.

Prezident İlham Əliyev kompleksin təməlini qoydu.

18:39

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Ağdam rayonuna səfər ediblər.

“Unikal” xəbər verir ki, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdam şəhərinin dəmir yolu və avtovağzal kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.