TƏBİB Respublika Klinik Xəstəxanasında yeni ana olmuş qadın və körpəsinin ölümü ilə bağlı açıqlama verib.
"Unikal" xəbər verir ki, qurumdan bildirilib ki, 1985-ci il təvəllüdlü qadın xəstəxanaya 02.10.2022-ci il tarixdə saat 04:04-də "40 həftəlik hamiləlik, doğuşun 1-ci dövrü, FMA (fəsadlaşmış mamalıq anamnezi)" diaqnozu ilə daxil olub.
02.10.2022-ci il tarixdə saat 10:40-da cinsi qız, çəkisi 2900q (qram), boyu 49 sm (santımetr) bir diri döl dünyaya gətirib. Ananın saat 15:15-də "kəskin ağciyər, ürək-damar çatışmazlığı" diaqnozi ilə, yenidoğulmuşun saat 11:55-də "ağır asfiksiya, mekonial aspirasiya" diaqnozu ilə bioloji ölümü baş verib.