Şirkət “Tələbə Təqaüdü 2023” proqramını elan edir
"Unikal" xəbər verir ki, “Azercell Telekom” MMC korporativ sosial məsuliyyət siyasəti çərçivəsində yüksək potensiala, bilik və bacarıqlara malik olan Azərbaycan Respublikasının müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələri həvəsləndirmək, onların peşəkar inkişafına dəstək olmaq məqsədilə “Azercell Tələbə Təqaüdü 2023” proqramına start verir.
Proqram çərçivəsində tələbələrin İnformasiya Texnologiyaları, Kibertəhlükəsizlik, Biznes Analitikası, Data Elmi, Marketinq sahələri üzrə dəyərləndirilməsi nəzərdə tutulur. Seçim komissiyası tərəfindən təşkil edilmiş mərhələlərdə yüksək nəticə göstərmiş son iki kurs (bakalavr) tələbələri ali təhsillərinin sonunadək təqaüd almaq şansını qazanacaqlar. Bununla yanaşı, telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində və sosial layihələrində, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanı əldə edəcəklər.
“Azercell Tələbə Təqaüdü 2023” proqramına bütün müraciətlər yalnız elektron formada qəbul olunur. Bunun üçün şirkətin rəsmi veb səhifəsində (www.azercell.jobs) uyğun istiqamət üzrə təcrübə proqramını seçib, CV-ni, tələbə biletinin və qiymət kitabçasının (transkript) skan versiyasını əlavə edərək qeydiyyatdan keçmək lazımdır. Ərizələrin son qəbul tarixi 20 oktyabr 2022-ci il tarixidir. Əlavə məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.
Azercell müvəffəqiyyətlə təhsil alan və akademik fərq yaradan tələbələrə xüsusi qayğı göstərməklə yüksək potensiallı tələbələrin gələcəkdə peşəkar kimi formalaşmasına dəstək olur, eyni zamanda korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində cəmiyyətə töhfə verməyə çalışır.
Uğurlu karyeraya Azercell-lə addımla!
![Uğurlu karyeraya Azercell-lə addımla! Uğurlu karyeraya Azercell-lə addımla!](/photos/unikal/1664897300.teqaud_proqrami_[1920x1080]01.jpg)
19:25 04-10-2022
CƏMİYYƏT
Digər Xəbərlər
2024-08-10 20:32:00
![Kanalda axtarışları davam edən şəxs qazi imiş- YENİLƏNİB Kanalda axtarışları davam edən şəxs qazi imiş- YENİLƏNİB](/photos/unikal/1723307581.Screenshot_3 (1).png)
2024-08-10 15:06:00
![Anar Məmmədov Tərtərin Borsunlu kəndindən olan seçicilərlə görüşdü- FOTOLAR Anar Məmmədov Tərtərin Borsunlu kəndindən olan seçicilərlə görüşdü- FOTOLAR](/photos/unikal/1723287241.1.jpg)
2024-08-10 14:46:18
![Samir Nuriyev iclas keçirdi- Bu işçi qrupların tərkibi dəyişəcək (FOTO) Samir Nuriyev iclas keçirdi- Bu işçi qrupların tərkibi dəyişəcək (FOTO)](/photos/unikal/1723286860.172328635625315938_1200x630.jpg)
2024-08-10 14:18:07
![Tahir Mirkişili 4 illik hesabatınıtəqdim etdi - VİDEO Tahir Mirkişili 4 illik hesabatınıtəqdim etdi - VİDEO](/photos/unikal/1723285284.ll.jpg)
2024-08-10 14:00:00
![Ağalar Vəliyevin seçicilərlə görüşübaşladı - FOTOLAR Ağalar Vəliyevin seçicilərlə görüşübaşladı - FOTOLAR](/photos/unikal/1723284645_1.jpg)
2024-08-10 12:45:21
![Sabah Bakıda yağış yağacaq Sabah Bakıda yağış yağacaq](/photos/unikal/1694702586_1619858551.baki-yagis-25ca1de3ec81df_5d84996f76388.png)
2024-08-10 12:33:00
![Balı 150-dən az olmayan abituriyentlər I qrupdabu ixtisasları seçə bilərlər Balı 150-dən az olmayan abituriyentlər I qrupdabu ixtisasları seçə bilərlər](/photos/unikal/1723282770.1723179128_ixtisas.jpeg)
2024-08-10 09:04:26
![Goranboyda 5 nəfər zəhərləndi- 4-ü yeniyetmədir Goranboyda 5 nəfər zəhərləndi- 4-ü yeniyetmədir](/photos/unikal/1722020363.xestexana.jpg)
2024-08-09 22:19:56
![Şərurun İcra Hakimiyyətinə yeni müavintəyin edildi Şərurun İcra Hakimiyyətinə yeni müavintəyin edildi](/photos/unikal/1723227838_454697536_998690062266807_6683060738729253701_n.jpg)
2024-08-09 20:44:26
![Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyətigenişləndirildi Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyətigenişləndirildi](/photos/unikal/1723221957.1716536897.1708503143.1705474084.1703508306.VSmlRa63.png)
2024-08-09 20:23:01
![Teatr və sərgilər adından dələduzluq edilir- XƏBƏRDARLIQ Teatr və sərgilər adından dələduzluq edilir- XƏBƏRDARLIQ](/photos/unikal/1723220674.02.jpg)
2024-08-09 19:53:46
![Biləsuvarın 16 yaşayış məntəqəsindəqaz olmayacaq Biləsuvarın 16 yaşayış məntəqəsindəqaz olmayacaq](/photos/unikal/1723219065.1715053539_1715021780_1715021740_qaz-1.jpg)
2024-08-09 19:36:15
![COP29 beynəlxalq sənədli film müsabiqəsinə startverir COP29 beynəlxalq sənədli film müsabiqəsinə startverir](/photos/unikal/1723217842.6f181fb9-9861-3fd7-a80f-e4b680959c77_850.jpg)
2024-08-09 17:55:00
![Şimkənddə IV Yay Düşərgəsinin açılış mərasimi keçirilib -FOTOLAR Şimkənddə IV Yay Düşərgəsinin açılış mərasimi keçirilib -FOTOLAR](/photos/unikal/1723211715_Screenshot 2024-08-09 175429.png)
2024-08-09 17:01:31
![Hüseyn Abdullayevin səhhəti ilə bağlı son məlumat -YENİLƏNİB Hüseyn Abdullayevin səhhəti ilə bağlı son məlumat -YENİLƏNİB](/photos/unikal/1723186247.65e9d0c81e91b65e9d0c81e91c170982215265e9d0c81e91965e9d0c81e91a.jpg)