Şəmkirdə qəza olub, xəsarət alanlar var.

"Unikal"ın məlumatına görə, hadisə "Stansiya Şəmkir" ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki minik maşını toqquşub. Qəza zamanı xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə DYP və təcili tibbi yardım birqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov