Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"a bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.