Dünən paytaxtın 112 saylı məktəbində sinif yoldaşı tərəfindən döyülən yeniyetmə hadisə barəsində danışıb.
"Unikal" ARB TV-yə istinadən xəbər verir ki, məktəbli daha əvvəl sinif yoldaşı ilə aralarında mübahisə olmadığını bildirib.
"Əvvəlcə gəlib mənimlə zarafat etdi. Mən də ona zarafat sevmədiyimi bildirdim. O da gəlib mənimlə belə davrandı. Mən o zərbəni gözləmirdim".