"Belə halların geniş yayılmasına lüzum görmürəm. Bu cür hadisələrin olmasına yol vermək lazım deyil".

Bunu "Unikal"a açıqlamasında keçmiş təhsil naziri Misir Mərdanov 9-cu sinif şagirdinin sinif yoldaşı tərəfindən döyülməsi ilə bağlı sosial şəbəkədə yayılan videya münasibət bildirərkən deyib.

"Bir hadisəni şişirdərək  müəllim və məktəb haqqında mənfi fikir yaymağın tərəfdarı deyiləm. Belə halların ictimailəşdirilməsinin tərbiyə və təhsil sisteminə xeyri olmayacaq. Bu hadisəni yerində həll etmək lazımdır. Günah kimdədirsə, tənbeh olunmalıdır. Belə hallara yol vermək olmaz. Bunlar müəllimin nüfuzuna təsir edən hallardandır".

Anar Kəlbiyev