Beynəlxalq Boks Federasiyası (AlBA) Rusiya və Belarus nümayəndələrinə qarşı bütün sanksiyaları ləğv edib.
"Unikal" xəbər verir ki, Rusiya və Belarus yığmaları öz bayraqları altında çıxış edə biləcək, qızıl medal qazandıqları təqdirdə isə dövlət himnləri səsləndiriləcək.
"AIBA-nın Direktorlar Şurası əvvəlki qərarının ləğvi və Rusiya və Belarus boksçularının dərhal qüvvəyə minən ABB yarışlarında iştirakına icazə verilməsi üçün səs verib. ABB əmindir ki, siyasət idmana təsir göstərməməlidir. Buna görə də, idmançılar üçün bərabər şərait yaradılmalıdır",- deyə ABB-nin mətbuat xidməti bildirib.