"Hər zaman ölkəmizdə yaxşı müəllimlər olub. Azərbaycanın bu gün çatdığı səviyyədə müəllimlərin rolu danılmazdır".
Bunu "Unikal"a açıqlamasında keçmiş təhsil naziri Misir Mərdanov deyib. O bildirib ki, 44 günlük Vətən müharibəsində qazandığımız uğurlarda Azərbaycan müəlliminin rolu böyükdür.
Eks-nazir qeyd edib ki, məktəblərdə kifayət qədər keyfiyyətli dərs deyən müəllimlər var:
"Mən nazir vəzifəsindən ayrılandan sonra bu sahədə çox ciddi addımlar atılıb. Müəllimlərin seçilməsinə daha diqqətlə yanaşılır, onların bilik və bacarıqlarına görə fərqli əmək haqqı verilir. Həmçinin, məktəb direktorlarının əmək haqqında ciddi artım olub".
Anar Kəlbiyev