"Ermənistan I Qarabağ müharibəsində itkin düşən azərbaycanlılarla bağlı məlumat verməkdən yayınır və məsuliyyəti üzərlərindən atmağa çalışırlar".
"Unikal" xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqdə deyib.
Baş prokuror bildirib ki, I Qarabağ müharibəsində itkin düşən şəxslərin valideynləri bu gün də onlara müraciət edir:
"Ermənistanlı həmkarımla görüşdə dəfələrlə bu məsələni qaldırmışam. Amma təəssüflər olsun ki, onlar bundan yayınır və məsuliyyəti üzərlərindən atmağa çalışırlar. Lakin biz bunları tapılan kütləvi məzarlıqlarda aşkarlayırıq. Biz bu gün hər itkin düşənin 2-3 qohumundan DNT nümunələri götürmüşük. Biz meyitlər aşkarlandıqca onların şəxsiyyətlərini müəyyən etməyə çalışırıq. Artıq onların bir neçəsinin kimliyi müəyyənləşdirilib. Kütləvi məzarlıqlar itkin düşmüş şəxslərin sayının azaldılmasında bizə kömək edəcək”.