Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu olan “YAŞAT” Fonduna toplanan vəsait 75 milyon manatı keçib.
"Unikal" xəbər verir ki, Fonda toplanan vəsait 75 005 895.92 manatdır. Həmin vəsaitdən 23 679 620.27 manatı fiziki şəxslər, 51 326 275.65 manatı isə hüquqi şəxslər tərəfindən ödənilib.
Fonda daxil olan vəsaitin 67 048 741.04 manatı xərclənib. Vəsaitin qalığı isə 7 957 154.88 manatdır.
Anar Kəlbiyev