Almaniyalı məşhur ssenarist-rejissor Volfqanq Kolxaze vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə Almaniya Kino Akademiyası məlumat yayıb. 91 yaşında dünyasını dəyişən rejissorun ölüm səbəbi isə açıqlanmayıb.
Qeyd edək ki, V.Kolxaze “Atəşdən sonra sükut”, “Eyvanda yay”, “Ana, mən sağam”, “19 yaşım var idi”, “Sanni Solo”, “Fars dərsləri” kimi layihələrlə məşhurlaşıb.