Bu gün prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan 400-ə yaxın namizəd imtahanda iştirak edib.
"Unikal" xəbər verir ki, imtahanı Baş prokurorun müavini Heydər Məmmədov izləyib.
50 vakant ştat vahidi üzrə növbəti 24-cü müsabiqənin birinci mərhələsi, yəni test mərhələsi keçirilib. Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə həyata keçirilən bu test mərhələsində, prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan 400-ə yaxın namizəd iştirak edib. İmtahanın nəticələri Baş Prokurorluğun rəsmi internet resurslarında yerləşdiriləcək.
Baş prokurorun müavini obyektiv meyarlara əsaslanan müsabiqə nəticəsində ən güclü, ən layiqli namizədlərin uğur qazanacağına əminliyini ifadə edib.