“Bu mövsüm "Azəristiliktəchizat"ın balansında olan məktəblərdə istiliklə bağlı heç bir problem olmayacaq”.
"Unikal" xəbər verir ki, bunu "Azəristiliktəchizat" ASC-nin sədrinin islahatlar üzrə müşaviri Ramil Məhərrəmov mətbuat konfransında deyib.
"Ölkədə 4000-dən çox məktəb var, lakin onların çox az hissəsi "Azəristiliktəchizat"ın balansına düşür. Bizim balansımızda olan məktəblərdə heç bir problem olmayacaq. Söhbət 250-yə yaxın təhsil müəssisəsindən gedir. Digər təhsil müəssisələrində də xidmətin düzgün təşkil olunması üçün Elm və Təhsil Nazirliyinə köməklik göstəririk".