"Ən yaxşı həqiqət müqayisədə üzə çıxır. Sovet təhsil sistemində təlim, tərbiyə və təhsil vahid kompleks kimi götürülürdü. Nadir hallarda xoşəgəlməz nə isə baş verirdi".
Bunu "Unikal"a açıqlamasında deputat Tahir Kərimli son günlər məktəblərdə mənfi hallara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, sosializm dövründə ailələrin sosial vəziyyətləri bir-birinə bərabər idi:
"Onların arasında çox az fərq olardı. İndi isə həddsiz varlı və kasıb ailələr var. Aralarında fərq çoxdur. Bunların ailə tərbiyələri tamamilə başqadır. Ona görə də məktəblərin üzərinə böyük yük düşməlidir ki, işlər aparsınlar. Artıq məktəblərdə şagirdlərin eyni forma geyinməsi tətbiq olunub. Heç olmasa şagirdlər zahirən bir-birindən fərqlənməsinlər. Elə müəllim olur ki, öz şagirdini siqaret almağa göndərir. Belə hallar yolverilməzdir".
Anar Kəlbiyev