Deputat Anar Məmmədov Goranboy rayonu Kürəkçay qəsəbəsində vətəndaşlarla görüş keçirib.
"Unikal" xəbər verir ki, görüşdə rayon ağsaqqalları və ziyalıları iştirak edib.
Vətəndaşlar fərdi formada dinlənilib, onların müxtəlif mövzular üzrə səsləndirdiyi problemlər qeydiyyata götürülüb. Qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilib, digər müraciətlər isə həll edilməsi məqsədilə aidiyyəti qurumlara yönləndirilib.