Bu gün əczaçılıq sahəsində ciddi problemlər var.
"Unikal" xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov “Beynəlxalq Əczaçı” günü və Respublika əczaçılarının 3-cü konfransı zamanı çıxışında qeyd edib.
Onun sözlərinə görə, Səhiyyə Nazirliyi bu istiqamətdə kifayət qədər ciddi addımlar atıb.
“Nazirliyin qarşısında duran əsas vəzifə vətəndaşların keyfiyyətli dərmanlarla təmin edilməsidir”, - deyə o əlavə edib.