Amerikanın "Meta" şirkəti Facebook sosial şəbəkəsinin azı bir milyon istifadəçisinin şəxsi məlumatlarının mümkün sızmasını aşkar edib.
"Unikal" xəbər verir ki, bu barədə Axios nəşri məlumat yayıb.
"Meta" təhlükəsizlik komandası qeyd eib ki, Facebook istifadəçiləri bütün lazımi giriş məlumatlarını zərərli mobil proqramlara ötürüblər. İndi zərərvericilər "Meta"da müəyyən edilən istifadəçilərin hesablarını sındıra və oğurlaya bilirlər.
Sənədə əsasən, 400-dən çox mobil proqram təhlükə mənbəyinə çevrilib, onlardan 355-i Android mobil ƏS-li smartfonlara, daha 47-si iOS, yəni iPhone smartfonlarına yükləmək üçün təklif edilib.
"Meta" ekspertləri belə qənaətə gəliblər ki, istifadəçilərə Facebookdan loqin və paroldan istifadə etməklə avtorizasiya təklif edilib, bundan sonra məlumatlar təcavüzkarlara çatıb.
Ramil Zeynallı