“Azərişıq” ASC və Medianın İnkişafı Agentliyinin birgə təşkil etdiyi “Şuşa, Füzuli, Hadrut” səfərində iştirak edən jurnalistlər üçün yazı (reportaj) müsabiqəsi elan edib.
“Unikal” xəbər verir ki, bunu jurnalistlərə MEDİA-nın şöbə müdiri Natiq Məmmədli deyib.
Onun sözlərinə görə, müsabiqə yalnız mediaturda iştirak edən jurnalistlər üçündür.
"Müsabiqəyə təqdim olunan yazılı və audiovizual materiallar anoloji olaraq çap mediası subyektlərində çalışan jurnalistlər üçün köşə yazısı və televiziya əməkdaşları üçünsə reportaj janrında olmalıdır.
Köşə yazısı 500 sözdən ibarət olmalı, audiovizual materialların xronometrajı isə maksimum 5 dəqiqə təşkil etməlidir.
Səfər bitdikdən sonra iştirakçılar çalışdıqları media subyektlərində dərc etdirdikləri və yayımladıqları materialları 11.10.2022-ci il tarixinədək aşağıda qeyd olunan e-mail ünvana göndərməlidirlər.
15.10.2022-ci il tarixində qaliblər elan olunacaq.
Ən yaxşı 5 köşə yazısının və ən yaxşı 3 reportajın müəllifi mükafatlandırılacaq".
N.Məmmədli əlavə edib ki, müsabiqənin elan edilməsi jurnalistlərin Qarabağda görülən işləri təşviq etməsi üçün stimul yaratmaq məqsədi daşıyır.
Qeyd edək ki, müsabiqə üçün hazlrlanan materialları [email protected] elektron poçt ünvanına göndərilməlidir.