Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start verilib.

“Unikal” xəbər verir ki, bu gün “Zirə” “Şamaxı”nı qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə bitib.

Xallarının sayını 16-ya çatdıran paytaxt təmsilçisi 4-cü pilləyə yüksəlib. 2 xala malik “Şamaxı” isə sonuncu - 10-cu sıradadır.