Amerikalı aktyor Alek Bolduinin quruluşçu rejissor Qalina Xatçinsi güllələyərək ölməsinə səbəb olduğu “Rust” filminin çəkilişləri bərpa olunacaq.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə aktyor Qalina Hatçinsin ailəsiylə razılığa gəlib.
Qeyd edək ki, 2021-ci il oktyabrın 21-də filmin prodüseri və baş rol ifaçısı Bolduin iki nəfəri - operator Qalina Hatçins və rejissor Coel Souzanı yaralayıb. 42 yaşlı Qalina aldığı xəsarətlərdən dünyasını dəyişib. 48 yaşlı direktor körpücük sümüyündən yaralanıb və bir müddət xəstəxanada yatıb və sağalıb.