Sumqayıtda Qubadlı RMX-nın Poliklinika şöbəsinin həkim - nevroloqu Günay Həsənovanın “Kəllə-beyin travmaları” mövzusunda maarifləndirici elmi seminarı keçirilib.

"Unikal" xəbər verir ki, bu barədə həkim - nevroloq Günay Həsənova məlumat verib.

Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, işğaldan azad edilmiş ərazilərimizdən ibarət qısametrajlı video rolik təqdim edilmişdir.


Seminarda Poliklinika şöbəsinin həkim heyəti və Qubadlı rayonu qeydiyyatında olan Vətən müharibəsi qaziləri iştirak etmişlər. Daha sonra həkim-nevroloq Günay Həsənovanın mövzu üzrə çıxışı dinlənilmişdir.