Prezident İlham Əliyev Mikayıl Hüseynovun və Sadıq Dadaşovun birgə abidəsinin ucaldılması barədə sərəncam imzalayıb.
"Unikal" xəbər verir ki, sərəncamla Bakı şəhərində görkəmli memarlar Mikayıl Hüseynovun və Sadıq Dadaşovun vahid kompozisiya şəklində birgə abidəsi ucaldılacaq.
Bakı Şəhər İcra Hakimiyyəti Mədəniyyət Nazirliyi ilə birlikdə Mikayıl Hüseynovun və Sadıq Dadaşovun birgə abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etməlidir.