UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"a uduzan "Olimpiakos" Yunanıstan klublarının avrokuboklardakı anti-rekordunu yeniləyib.
"Unikal" xəbər verir ki, evdə 0:3 hesabı ilə məğlub olan Pirey təmsilçisinin qələbəsiz oyunlar seriyası 13-ə çatıb.
Onun 2014-cü ildən sonra ən biabırçı oyunu məhz "Qarabağ"a uduzmasından sonra qeydə alınıb.
Oonu da deyək ki, "Qarabağ" və "Olimpiakos" arasındakı növbəti oyun oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.