Bakı Dövlət Universiteti (BDU) ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyasının (NASA) Azərbaycan ali təhsil müəssisələri arasında ilk rəsmi müşahidə məntəqəsi olub.
"Unikal" "Caliber.Az"a istinadən xəbər verir ki, tanınma universitet tərəfindən əldə edilən Yupiter və Saturn planetlərinin müşahidə materiallarının NASA ilə paylaşılmasından sonra baş verib.
Sentyabrın 26-da Bakı Dövlət Universitetində müşahidə prosesi təşkil olunub.
Hazırda NASA-nın dünya üzrə 4125 müşahidə məntəqəsi var ki, onlardan beşi Azərbaycanda yerləşir ki, bunlardan biri də BDU-dur.
Bundan sonra NASA-nın ölkədə müşahidə fəaliyyəti BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi tərəfindən təşkil olunacaq. Belə hadisələrə Beynəlxalq Ay Gecəsini Müşahidə Etmək, Günəş tutulması və başqaları da daxildir.