SOCAR "Azəriqaz" İB-nin KOBİA ilə birgə "Açıq mikrofon" aksiyası çərçivəsində sahibkarlarla Sumqayıt şəhərində görüşü təşkil olunacaq.
"Unikal" xəbər verir ki, aksiya Sülh küçəsi, 30-cu məhəllə ünvanında (Xəzər Səhmdar Cəmiyyəti) baş tutacaq.
"Səyyar qəbul otağı" oktyabrın 12-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
SOCAR "Azəriqaz" İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.