Avropa Komissiyası ukraynalı qaçqınların qəbulu və müdafiəsinin təmin edilməsi qaydalarını daha bir il uzadacaq.
"Unikal" xəbər verir ki, bunu daxili işlər üzrə Avropa komissarı Ylva Yohansson deyib.
Qaydalar 2024-cü ilin mart ayına qədər uzadılacaq. Bu məsələ ilə bağlı qərarı Avropa Komissiyası verəcək və bu halda Aİ-yə üzv dövlətlərin ayrıca qərarına ehtiyac yoxdur.
Yohansson qeyd edib ki, bu gün Ukrayna şəhərlərinə edilən hücumlar Ukrayna ilə həmrəyliyin vacibliyini göstərdi.
Komissar Ukraynaya qayıtmaq istəyən ukraynalılara da müraciət edib. O xatırladıb ki, bunun üçün Aİ-də müvəqqəti müdafiə statusundan imtina etmək lazım deyil: "Geri qayıtmağınız barədə yerli hakimiyyət orqanlarına məlumat vermək kifayətdir"
Yohanssonun sözlərinə görə, hazırda Aİ-də 4,2 milyona yaxın ukraynalı müvəqqəti mühafizə altındadır.
Ramil Zeynallı