"Bu il keçirilməsi nəzərdə tutulan və tarixində ilk dəfə qış aylarına təsadüf edəcək futbol üzrə Dünya Çempionatının təşkili Qətərə baha başa gəlib".
"Unikal" xəbər verir ki, bu barədə iqtisadçı Samir Əliyev məlumat paylaşıb.
Onun sözlərinə görə, Qətər hökuməti mundialın təşkili üçün 220 milyard dollar xərcləməli olub.
İqtisadçı qeyd edib ki, bu, indiyədək keçirilmiş 7 mundialın ümumi xərcindən 5 dəfə çoxdur. Digər ölkələrdə xərclər aşağıdakı kimi olub:
1994 ABŞ: $0,5 milyard
1998 Fransa: $2,3 milyard
2002 Yaponiya: $7 milyard
2006 Almaniya: $4,3 milyard
2010 CAR: $3,6 milyard
2014 Braziliya: $15 milyard
2018 Rusiya: $11,6 milyard