BMT-nin baş katibi Antoniu Quterreş Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıb. 

"Unikal" xəbər verir ki, bu barədə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.

"O, bu səhər prezident Zelenski ilə ölkədəki mövcud vəziyyət haqqında danışıb" deyən Düjarrik söhbətin təfərrüatlarını açıqlamayıb. 

Düjarrik əlavə edib ki, Quterreş hələlik Rusiya nümayəndələri ilə əlaqə saxlamayıb .

Xatırladaq ki, oktyabrın 10-da səhər saatlarında  Kiyevə və bölgəyə, eləcə də  Xarkov , Dnepropetrovsk , Odessa , Lvov və Lvov vilayətinə raket zərbələri endirilib. Bundan əlavə, Ternopil , İvano-Frankivsk , Xmelnitski, Konotop, Rivne və Poltava bölgələri hücuma məruz qalıb .

Rusiya Müdafiə Nazirliyi Ukraynaya kütləvi zərbə endirmək məqsədinə çatdığını açıqlayıb  .

Bunun fonunda Zelenski Polşa prezidenti Anjey Duda , Hollandiyanın baş naziri Mark Rutte , Almaniya kansleri Olaf Şolz , Fransa prezidenti Emmanuel Makron, Qətər əmiri Təmim bin Həməd Al Tani və digər dövlət başçıları və baş nazirlərlə məsləhətləşmələr aparıb.

Gültəkin