Avropa İttifaqı (Aİ) Nikaraquanın Brüsseldəki səfirini persona non qrata elan edib.
"Unikal" xəbər verir ki, müvafiq bəyanatı bazar ertəsi Avropa Şurasının mətbuat xidməti yayıb.
“Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndənin Xosep Borrelin təşəbbüsü ilə şura Nikaraqua Respublikasının Avropa İttifaqındakı missiyasının rəhbərinin persona non-qrata elan edilməsi barədə qərar qəbul edib”, - deyə məlumatda bildirilir. Avropa İttifaqı dialoqa hörmətlə yanaşılacağı təqdirdə açıq olduğunu vurğulayıb.
Brüssel və Manaqua arasında gərginlik sentyabrın sonunda Aİ-nin BMT-dəki nümayəndəliyinin Nikaraquadan siyasi məhbusların azad edilməsini və ölkədə demokratiyanın bərpasını tələb etməsi ilə kəskinləşib. Latın Amerikası respublikası bu tələbə cavab olaraq Aİ-nin bu ölkədəki səfirini persona non qrata elan edib.
Gültəkin Ələsgər