İran hökuməti Kürdüstan və Qərbi Azərbaycana hərbi texnika toplayır.
"Unikal" xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunları İraq sərhədinə çox sayda hərbçi və ağır texnika toplamağa davam edir. Xüsusilə Banə bölgəsində daha çox aktivliyin müşahidə edildiyi, SEPAH-ın yerli əhaliyə sərhəd bölgələrindən uzaqlaşmaları barədə xəbərdarlıq etdiyi bildirilib.
Qeyd olunub ki, bu addım son günlər SEPAH-ın İraqın şimalında yerləşən iranlı kürd təşkilatlarının qərargahlarına dron və artilleriya zərbələri ilə eyni vaxta təsadüf edir.