Rusiya Dövlət Dumasının Krımdan olan deputatı Mixail Şeremet Ukrayna hərbçilərini ölkəni xilas etmək üçün hakimiyyəti öz əllərinə almağa və hökuməti devirməyə çağırıb.
"Unikal" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
“Mən əminəm ki, Ukrayna ordusunun sıralarında hələ də zabit şərəfinə və ölkələrinin gələcəyinə yad olmayan layiqli insanlar var. Ölkədə hakimiyyəti öz əlimizə almağın və tamamilə Qərb kuratorlarının nəzarətində olan hazırkı korrupsiyalaşmış millətçi elitanı devirməyin vaxtıdır”, - deyə Şeremet bildirib.
Deputat izah edib ki, başqa siyasi qüvvənin hakimiyyətə gəlməsi vətəndaşların və ölkənin həyatını xilas etməyə kömək edəcək.
“Ukrayna cəmiyyətinin sağlam düşüncəli hissəsini və elitasını Ukraynanın məhvinə imkan verməməyə çağırıram. Fəlakəti hələ də dayandırmaq olar”, - deyə siyasətçi əlavə edib.
Gülayə Mecid