İstanbulda polis Ambarlı limanında keçirilən əməliyyat nəticəsində 1,5 ton narkotik vasitə müsadirə edib.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.
Onun sözlərinə görə, əməliyyat zamanı Meksikadan yola salınmış marixuana ələ keçirilib.
Hadisə ilə əlaqədar, həmçinin 5 nəfər saxlanılıb.