Jurnalist, yazıçı-publisist Bahəddin Həzinin "Ölümcül həqiqətlər" adlı kitabı çapdan çıxıb.
"Unikal" xəbər verir ki, kitaba ön sözü tanınmış jurnalist, professor Qulu Məhərrəmli yazıb, redaktor Mübariz Piridir.
Kitabda Bahəddin Həzinin son illərdə yazdığı məqalələr, yol qeydləri, esse və hekayələr, eləcə də, "Yadımdakı Qarabağ" xatirə-poeması yer alıb.
"Həyatımın ölümcül həqiqətləri" avtobiqrafik povestində müəllif öz sənət karyerasında qarşılaşdığı hadisələri, yaşadığı məhrumiyyətləri, həyat hekayələrini qələmə alıb. Bu kitabdakı yazılarda günümüzün həssas mövzularına orjinal yanaşma tərzi var. Kitabı "Qanun" Nəşrlər Evi çap edib.