Cənubi Koreya prezidenti Yoon Suk Yeol Şimali Koreyanın nüvə silahlarının indi bütün dünyanı təhdid etdiyini bildirib.
"Unikal" xəbər verir ki, o, bu barədə Seulda jurnalistlərə açıqlamasında deyib.
"Şimali Koreya nüvə silahı imkanlarını daim inkişaf etdirir və təkmilləşdirir. Bu, indi təkcə Cənubi Koreyanı deyil, bütün dünyanı təhdid edir, lakin məncə Şimali Koreyanın nüvə silahı ilə əldə edə biləcəyi heç bir şey yoxdur", - Yoon deyib.
Xalqını narahat olmamağa inandıran Yoon ölkəsinin ABŞ və Yaponiya ilə nüvə təhlükəsinə cavab verməyə hazır olduğunu bildirib.
Gülayə Mecid