Avropa İttifaqına (Aİ) üzv ölkələrin Brüsseldəki səfirləri bu gün etimad yaratmaq və sərhədlərin delimitasiyasına töhfə vermək üçün Azərbaycanla sərhəddə yerləşdiriləcək Aİ-nin Ermənistana mülki missiyası göndərmək barədə razılığa gəliblər.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə diplomatik mənbələrdən verilən məlumata görə, müvafiq qərar Siyasi və Təhlükəsizlik Komitəsinin qapalı iclasında qəbul edilib.

"İndi onun həyata keçirilməsinin təfərrüatları müzakirə olunur: neçəsi hansı ölkələrdən olacaq, Ermənistana nə vaxt gələcək. Lakin missiyanın gələcəyi aydındır", - nümayəndə bildirib. 

Aİ-nin Ermənistana mülki missiyasının göndərilməsi ilə bağlı razılaşma ötən həftə Praqada - Ermənistan, Azərbaycan, Fransa və Avropa Şurası liderləri arasında saatlarla davam edən danışıqlar nəticəsində əldə olunub.

xxx

15:07

Bu gün Brüsseldə Aİ-yə üzv ölkələrin səfirləri etimadın möhkəmləndirilməsi və delimitasiyasına kömək etmək üçün Azərbaycanla sərhəddə yerləşdirilməli olan Ermənistana göndəriləcək mülki missiya ilə bağlı müzakirələr aparacaq və qərar qəbul edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Avropa Parlamentinin müdafiə komitəsində məlumat verib.

"Missiya göndərilməsi barədə qərar hələ Siyasi və Təhlükəsizlik Komissiyasında üzv dövlətlər tərəfindən qəbul edilməlidir.

Birliyə üzv dövlətlərin, eləcə də Avropa Şurasının tam dəstəyi Avropa İttifaqının sülhsevər səylərinin reallaşması üçün son dərəcə vacibdir", - Klaar bildirib.

Ağarza Elçinoğlu