“Avropa İttifaqının mülki missiyasının Azərbaycan-Ermənistan sərhədiboyu yerləşməsi iki ölkə arasında münasibətlərin nizamlanması, bizim vasitəçilik səylərimizə təzyiq cəhdidir”.
"Unikal" xəbər veir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova oktyabrın 11-də keçirdiyi brifinqdə Avropa İttifaqı (Aİ) missiyasının Ermənistan-Azərbaycan sərhədinə göndərilməsi barədə news.ru portalının sualını cavablandırarkən bildirib.
O qeyd edib ki, missiyanın yerləşdirilməsi suveren dövlətin qərarıdır.
Avropa İttifaqının real imkanlarından danışan Zaxarova qeyd edib ki, 8 il ərzində Berlin və Paris “Ukrayna ətrafındakı vəziyyətin qaynar mərhələyə keçməsinin qarşısını ala bilməyib”.
Mətbuat katibi qeyd edib ki, Rusiya regionda davamlı sülh və uzunmüddətli sabitliyin bərqərar olmasının yeganə açarını Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının tam şəkildə həyata keçirilməsində görür: “Biz bu məsələ ilə bağlı Ermənistan və Azərbaycandan olan həmkarlarımızla müntəzəm əlaqə saxlayırıq”.