Qarabağda qanunsuz fəaliyyət göstərən terrorçu qondarma rejimin rəhbəri Arayik Arutyunyan başçılıq etdiyi bir qrup şəxslə İrəvana gedib.
"Unikal"ın erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, Ermənistanın Baş naziri Nikol Paşinyanla terrorçu rejim rəhbərinin görüşü gözlənilir.
Onların həm Qarabağ, həm də Ermənistandakı vəziyyəti müzakirə edəcəyi gözlənilir.
Qeyd edək ki, bundan əvvəl Qarabağda yaşayan ermənilər qondarma rejimdən onların taleyi barədə cavab verilməsini tələb ediblər.
Ağarza Elçinoğlu