Belarus mürəkkəb hərbi-siyasi vəziyyətlə əlaqədar hərbi təlimlər keçirir.
"Unikal" xəbər verir ki, bu barədə respublika Daxili İşlər Nazirliyi (DİN) məlumat dərc edib.
"Mövcud vəziyyəti ölkədən kənarda destruktiv düşüncəli insanlar daha da gərginləşdirir. Onlar dövlətimizə qarşı terror aktlarının törədilməsinə qədər təxribatçı fəaliyyətə çağırırlar", - nazirlikdən bildirilib.
Nazirlik qeyd edib ki, "Peramoqa" adlanan plan çərçivəsində vəzifələri milli təhlükəsizliyə birbaşa təhdidlə bağlı olan silahlı birləşmələrin hazırlanmasına diqqət yetirilir. Daxili İşlər Nazirliyi təxribat-kəşfiyyat qruplarının və qanunsuz silahlı birləşmələrin axtarışı və məhv edilməsi üzrə təlimlərin keçirilməsinə qərar verib.
Ağarza Elçinoğlu