Xəzər rayonunun Buzovna qəsəbəsində sahilboyu qayalıqlar olan ərazidə növbəti iməclik keçirilib.
"Unikal" xəbər verir ki, 11 oktyabr 2022-ci il tarixində Buzovna çimərliyinin ərazisində aparılan təmizlik işləri Bakı Şəhər İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyətinin nəzarəti altında baş tutub.
Xəzər Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən canlı qüvvə və texnikalar cəlb olunmaqla ərazidə təmizlik işləri aparılıb.
Qeyd olunan ərazilərdə növbəti həftələrdə də genişmiqyaslı iməcliklərin keçirilməsi nəzərdə tutulub.