Ermənistan Baş Prokurorluğu Rusiya Dövlət Təhlükəsizlik Orqanlarının (FSB) Krım körpüsündə baş vermiş partlayışla bağlı araşdırmasına reaksiya verib.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun açıqlamasında qeyd olunan məlumata görə, məsələ respublikanın Milli Təhlükəsizlik Şurası (MTŞ) tərəfindən araşdırılacaq.
"Açıqlamada açıq-aşkar cinayəti sübut edən məlumatların olduğunu nəzərə alaraq, Baş Prokurorluq onları məsələnin həlli üçün göstərişlərlə birlikdə cinayət işinin başlanması ilə bağlı Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsinə göndərib", - Baş Prokurorluğun yaydığı məlumatda deyilir.
Bildirilib ki, nəticələr ardıcıl və tam şəkildə açıqlanacaq.
Bundan əvvəl FSB Krım körpüsündə terror aktının hazırlanmasında iştirak etdiyinə görə səkkiz nəfərin, o cümlədən beş Rusiya, üç Ermənistan və Ukrayna vətəndaşının saxlanıldığını elan edib.
Ağarza Elçinoğlu