Kiyev hakimiyyəti uzun müddətdir ki, terror üsullarından istifadə edir.
"Unikal" xəbər verir ki, bunu Rusiya Enerji Həftəsi forumunun plenar iclasında çıxışı zamanı Rusiya prezidenti Vladimir Putin deyib.
Putinin sözlərinə görə, Kiyevin terror fəaliyyəti ilə bağlı bütün faktlar sənədləşdirilib.
"Kiyevdəki rejim siyasi qətllər, dinc əhaliyə qarşı qırğınlar təşkil edir, nüvə terrorizmi ilə dayanmır, bütün faktlar sübuta yetirilib və sənədləşdirilib", - Rusiya dövlət başçısı bildirib.
Ağarza Elçinoğlu