Krım körpüsündə partlayan yük maşını Gürcüstan gömrük sərhədindən keçməyib.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan maliyyə nazirinin müavini Georgi Kakauridze bildirib.
Məlumata görə, bunun əksi sübut olunarsa, Gürcüstan hakimiyyəti təhqiqata başlayacaq və cavabdehləri müəyyən edəcək.
Kakauridze bildirib ki, Gürcüstan gömrük sərhədindən nə yük maşını, nə də trotil və ya başqa partlayıcı yüklənmiş başqa vaqon keçib.
Daha əvvəl Rusiyanın Dövlət Təhlükəsizlik Xidməti bildirilib ki, Krım körpüsünə hücumun təşkilatçıları Odessadan Bolqarıstan, Gürcüstan və Ermənistan vasitəsilə partlayıcıları təyinat məntəqələrinə çatdırıblar.
Ağarza Elçinoğlu